Gecə saatlarında banka basqın: Yaralılar var
    • 17-11-2023, 23:14
    • 353

Gecə saatlarında banka basqın: Yaralılar var

Rusiyanın  paytaxtında banka silahlı basqın olub.

News24.az milli.az-a istinadla xəbər verir ki, Moskvanın mərkəzində silahlı hücum nəticəsində bir nəfər yaralanıb.

Yerli media hadisə yerindən görüntülər yayıb.

İki nəfər  travmatik tapança ilə kassirlərə hücum edib.

İlkin məlumata görə, cinayətkarlar içərisində külli miqdarda pul olan çamadan və bağlama götürüblər, bundan sonra "Mercedes" markalı avtomobillə qaçıblar