İranda polis patruluna hücum zamanı 3 nəfər yaralanıb
    • 20-12-2022, 00:01
    • 289

İranda polis patruluna hücum zamanı 3 nəfər yaralanıb

İranın Sistan və Bəlucistan əyalətində silahlı şəxslər polis patruluna hücum edib, 3 nəfər yaralanıb.

Saat 19:30 radələrində Rask gözətçi bölməsinin əməkdaşları - İranşəhrdən Rask istiqamətində Cakiqor körpüsü yaxınlığında təhlükəsizliyi təmin edən polis patruluna silahlı şəxslər hücum edib. Hadisə nəticəsində üç nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. /APA/