Arzu Rəhimov: "Aprel döyüşləri dünyaya Azərbaycanın gücünü göstərdi"
    • 3-04-2019, 18:33
    • 640

Arzu Rəhimov: "Aprel döyüşləri dünyaya Azərbaycanın gücünü göstərdi"

"Aprel döyüşləri sübut etdi ki, zəfərlərimiz hələ də qabaqdadır".

News24.az
xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.
O qeyd edib ki, prezident İlham Əliyev son vaxtlar şəhid ailələrinin sosial şəraitinin yaxşılaşması üçün bir çox fərmanlar imzalayıb:
"Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin hərbi gücü günü-gündən artır. Aprel döyüşləri buna sübutdur. Aprel döyüşləri zamanı əldə etdiyimiz qələbə zəfərlərimizin qabaqda olduğunu göstərir. Hazırda hərbi xidmətə yola salınan çağırışçıların da yeganə arzusu düşməni məhv etməkdir. Prezident İlham Əliyev də bütün çıxışlarında heç bir zaman ölkəmizin bir qarış torpağının belə güzəştə gedilməyəcəyini bildirib. Onun komandanlığı altında torpaqlarımızı həmişə işğaldan azad etməyə hazırıq. Aprel döyüşləri zamanı əldə etdiyimiz qələbə dünyaya Azərbaycanın gücünü göstərdi, qələbə əzmini nümayiş etdirdi. Azərbaycan əsgəri istənilən zamanı torpaqlarımızı almağa, qələbə qazanmağa qadirdir".