Rusiyalı turistlər ölü tapılıb
    • 18-11-2023, 07:50
    • 143

Rusiyalı turistlər ölü tapılıb

Hindistanın Himaçal-Pradeş ştatında 37 yaşlı kişi və 21 yaşlı qızın meyiti tapılıb.

News24.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Onların Rusiyadan gələn turistlər olduğu bilinib.

Nəşrin məlumatına görə, cəsədlər noyabrın 16-da axşam saatlarında Manikarandan iki kilometr aralıda isti bulaqlarda tapılıb. Cəsədlər hovuzda idi.

"Hər ikisinin mobil telefonları və pasportları yaxınlıqda olub", - nəşr yazır.

Hazırda polis bir neçə versiya ətrafında araşdırma aparır.

Hadisə ilə bağlı Rusiyanın Hindistandakı səfirliyinə məlumat verilib.