-
- 11-10-2024, 00:20
- 642
Putinlə Pezeşkian ilk görüşdə nələri danışacaq?
“Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla Aşqabadda gözlənilən görüş zamanı ikitərəfli münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək”.
News24.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov vurğulayıb ki, bu, liderlərin ilk görüşü olacaq. Bunun üçün də danışıqlarda prioritet məsələ iki ölkə arasındakı münasibətlər olacaq.