Dünyada ən çox istifadə edilən PAROLLAR
    • 18-11-2023, 19:02
    • 266

Dünyada ən çox istifadə edilən PAROLLAR

"NordPass" dünyanın ən populyar parollarının reytinqini dərc edib.

News24.az musavat.com-a istinadla xəbər verir ki, sındırılması bir saniyədən çox çəkməyən parolların siyahısında birinci yeri 4,5 milyon istifadə ilə “123456” şifrəsi tutur.

İkinci yerdə 4 milyon insanın istifadə etdiyi "admin" paroludur.

İlk üçlüyü 1,3 milyon istifadəçi ilə “12345678” qapayıb.

Siyahıya daxil edilən digər çox yayılmış şifrələrə “1234567890”, “Aa123456” və “qwerty” də daxildir.

Məlumata görə, 2022-ci ildə lider olan "password" parolu 7-ci yeri tutub. Mütəxəssislərin fikrincə, bu şifrələr hər hansı biri avtomatlaşdırılmış proqramlardan istifadə etməklə cəmi bir neçə saniyə ərzində sındırıla bilər.

Belə ki, mütəxəssislər 2023-cü ildə ən çox yayılmış parolların siyahısının faktiki olaraq dəyişməz qalacağını proqnozlaşdırırlar.