Qazaxda DƏHŞƏTLİ QƏZA: Ata və oğlu...
    • 18-11-2023, 22:00
    • 305

Qazaxda DƏHŞƏTLİ QƏZA: Ata və oğlu...

Qazaxda avtomobil qəzası olub, ata və oğlu xəsarət alıb.

News24.az "Report"a istinadla xəbər verir ki, hadisə Qazax rayonunun Daş Salahlı kənd ərazisində qeydə alınıb.

Belə ki, "Lifan" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində 1984-cü il təvəllüdlü C.Əliyev və onun oğlu, 2009-cu il təvəllüdlü N.Əliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.