Ruslan Abışov vida oyununa çıxdı
    • 18-11-2023, 23:13
    • 215

Ruslan Abışov vida oyununa çıxdı

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxıb. 

News24.az bizim media-ya istinadla xəbər verir ki, bu, "Neftçi" ilə Rusiyanın "Zenit" klubu arasında keçirilən yoxlama görüşündə reallaşıb. 

R.Abışov 15 nömrə altında və kapitan sarğısında meydana start heyətində çıxıb. O, 2-ci dəqiqədə Azər Salahovla əvəzlənib. Azarkeşlər  Abışovu alqışlarla yola salıblar. 

Qeyd edək ki, karyerası ərzində "Neftçi", "Xəzər Lənkəran", "Rubin" (Rusiya), "Qəbələ", "İnter" (hazırkı "Şamaxı"), "Sabah" və "Zirə" klublarının formasını geyinmiş Ruslan Abışov ötən ay karyerasını bitirdiyini açıqlayıb.