-
- 18-11-2023, 00:29
- 141
Şolts Putinlə mümkün danışıqların ŞƏRTİNİ AÇIQLADI
Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə yeni danışıqlara hazır olduğunu bildirib.
News24.az bizimmedia-ya istinadla xəbər verir ki, Kansler Rusiya prezidentini “Ukraynada mümkün sülh yolu ilə nizamlanmaya doğru ilk addımı atmağa” çağırıb.
"O (Putini nəzərdə tutur red.) qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır. Lakin bunun baş verəcəyinə dair hələ heç bir əlamət yoxdur. Putin qonşu ölkənin bir hissəsini güc tətbiq edərək ilhaq etmək məqsədinə nail olmamalıdır", - deyə Şolts bildirib.