-
- 20-11-2023, 12:24
- 538
Kartinq mərkəzində DƏHŞƏT: 12 yaşlı qızın onurğası SINDI
Moskvada 12 yaşlı qızın doğum günü onurğa sütununun sınığı ilə başa çatıb.
News24.az xəbər verir ki, bu barədə Life Shot-a istinadən xəbər verir.
Belə ki, məktəbli qız anası və dostları ilə birlikdə kartinq mərkəzinə gedib. Orada qız idarəetməni itirərək arxası ona söykənən təlimatçıya çırpılıb, daha sonra kişi uşağın üzərinə düşüb.
Altıncı sinif şagirdi bel ağrısından şikayətlənib, lakin yenə də bayramı davam etdirmək qərarına gəlib. Yalnız iki saatdan sonra ana qızını xəstəxanaya aparıb. Həkimlər bir neçə fəqərənin sınığı diaqnozu qoyublar.
Hazırda uşaq travma şöbəsindədir. Hadisə ilə bağlı araşdırma aparılır.
Aynurə