Ticarət mərkəzində DƏHŞƏTLİ OLAY: 5 YAŞLI UŞAQ...
    • 11-09-2023, 11:20
    • 775

Ticarət mərkəzində DƏHŞƏTLİ OLAY: 5 YAŞLI UŞAQ...

Sankt-Peterburqda ticarət mərkəzində bədbəxt hadisə yaşanıb.

News24.az xəbər verir ki, bu barədə "Life Shot" məlumat yayıb.

Məlum olay Pulkovskoye şossesində yerləşən ticarət mərkəzində baş verib. Belə ki, 5 yaşlı uşaq valideyni ilə birlikdə tualetə gedib və naməlum bir qadının qapını bərk çırpması nəticəsində uşağın əli qapıda qalıb. Hadisə yerinə gələn həkimlər xəstəyə lazımi köməklik göstəriblər. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən uşağın sol əlinin barmağı amputasiya edilib.

Aynurə