Moskvada erməni general saxlanıldı - SƏBƏBİ

Moskvada erməni general saxlanıldı - SƏBƏBİ
SİYASƏT

Baxış: 595 \ Tarix: 20-11-2023, 14:54

Mətn ölçüsü

Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Mihran Poqosyan Moskvada saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları yazıb.

İddialara görə, Poqosyanı dünən günorta saatlarında Tverskaya küçəsində yol polisi əməkdaşları saxlayıblar. Mihranın yaxın vaxtlarda Rusiyadan ekstradisiya ediləcəyi bildirilir. 

Artıq onun saxlanılması barədə Ermənistan polisinin mərkəzi idarəsinə məlumat verilib və yaxın vaxtlarda Mihranın Rusiya Federasiyasından ekstradisiya ediləcəyi bildirilir. Eyni zamanda, Rusiya tərəfi əvvəllər Poqosyanın vətənə göndərilməsi tələbindən imtina edib.

Rusiyada Miqran məhsulların topdan satışı, yük daşımaları, avtomobil icarəsi və lizinqlə məşğul olur. Ermənistanda digər məsələlərlə yanaşı, Poqosyan qanunsuz biznes nəticəsində 1,3 milyon dollar vergidən yayınmaqda ittiham olunur. 

Aynurə