“Muğanbank”ın kreditorlarının nəzərinə! - FOTO
    • 20-11-2023, 17:03
    • 281

“Muğanbank”ın kreditorlarının nəzərinə! - FOTO

Ləğv prosesində olan "Muğanbank" ASC-nin kredit ödənişi və tələblərin qeydiyyata alınması barədə məlumat açıqlanıb.

News24.az xəbər verir ki, ƏSF-dən verilən məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə "Muğanbank" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "Muğanbank" ASC-nin ləğvedicisi təyin edilib.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Muğanbank" ASC-nin müştərilərinin nəzərinə çatdırır ki, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd edilən üsullardan istifadə edilə bilər:

1. Elektron qaydada kredit ödənişlərinin həyata keçirilməsi - https: million.az veb saytı vasitəsilə;

2. Nağd qaydada kredit ödənişlərinin həyata keçirilməsi - "e-manat", "Million" və "m-pay" ödəniş köşkləri vasitəsilə;

3. Köçürmə yolu ilə kredit ödənişlərinin həyata keçirilməsi üçün LPO "Muğanbank" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri