Baş Prokurorluq Astarada konfrans keçirəcək
    • 21-11-2023, 09:40
    • 154

Baş Prokurorluq Astarada konfrans keçirəcək

Noyabrın 29-da Baş Prokurorluq tərəfindən Astarada ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.

Bu barədə News24.az-a Baş Prokurorluqdan bildirilib.

Tədbirdə dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə müzakirələr aparılacaq.

Toplantı çərçivəsində Astara rayon prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.