SON VƏZİYYƏT:
    • 21-11-2023, 10:42
    • 294

SON VƏZİYYƏT: "İskəndər"lə xəstəxana VURULDU

“Rusiya işğalçıları bu gecə 4 S-300 zenit raketi, 1 “İskəndər-K” qanadlı raketi və 11 “Şahid” tipli hücum PUA-larından istifadə etməklə Ukraynaya növbəti dəfə zərbə endirib”.

News24.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Rusiya gecə saatlarında Ukrayna ərazisinə “Şahid” tipli PUA-lar (İran istehsalı) və raketlərlə zərbələr endirib.

Ukraynanın hərbi aviasiyası “İskəndər-K” qanadlı raketini və 10 hücum PUA-sını məhv edib.

Zərbələr nəticəsində Donetsk vilayətinin Selidov şəhərindəki mərkəzi şəhər xəstəxanası, “Kotlyarivska” mədəninin binası və digər mülki infrastruktur dağılıb və zədələnib.

Ayşən