SƏRHƏDDƏ GƏRGİNLİK: Yük maşınının sürücüsü...

SƏRHƏDDƏ GƏRGİNLİK: Yük maşınının sürücüsü...
Dünya

Baxış: 231 \ Tarix: 21-11-2023, 15:44

Mətn ölçüsü

Ukrayna ilə sərhəddə yük maşınlarının qarşısını kəsən Polşadan olan daşıyıcı ukraynalı sürücüləri balta ilə hədələyib. 

News24.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

KİV-in məlumatına görə, kişi əlində balta ilə yük maşınlarından birinə yaxınlaşıb, lakin onun kameraya çəkildiyini görüb və silahı maşının yanında qoyub.

Bundan qəzəblənən ukraynalı daşıyıcılar nəqliyyatdan düşərək baltanı götürüb və yolun kənarına atıblar. Onlar polşalı həmkarına bu cür davranışın yolverilməz olduğunu bildiriblər.

Xatırladaq ki, noyabrın 21-də Ukrayna yükdaşıyıcıları Polşa ilə sərhəddə mitinqə başlayıb . Etirazın səbəbi ölkələr arasında keçid məntəqələrinin bağlanması olub.

Aynurə