İki qatar TOQQUŞDU - VİDEO
    • 22-11-2023, 17:53
    • 272

İki qatar TOQQUŞDU - VİDEO

Ulyanovsk vilayətində iki qatarın iştirakı ilə qəza baş verib.

News24.az xəbər verir ki, hadisə ilə bağlı təfərrüatları Baza Telegram kanalı paylaşıb.

Telekanalın məlumatına görə, insident Kuybışev dəmir yolunun 962-ci km-də , Bryandino və Tiinsk stansiyaları arasında baş verib. Adler - Perm istiqamətində  hərəkət edən sərnişin qatarı ilə manevr qatarı arasında toqquşma baş verib  . Hadisə yerinə xilasedicilər gəlib.

Adler-Perm qatarının göyərtəsində 94-ü uşaq olmaqla 396 nəfərin olduğu dəqiqləşib. İlkin məlumata görə, xəsarət alan olmayıb, qatarlar relsdən çıxmayıb.

Aynurə