İspaniyada sərnişin və yük qatarları toqquşdu - Ölənlər var
    • 17-05-2022, 00:47
    • 376

İspaniyada sərnişin və yük qatarları toqquşdu - Ölənlər var

İspaniyada sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində azı bir nəfər ölüb, 85 nəfər yaralanıb.

Məlumata görə, hadisə Barselona əyalətinin San-Boi de Llobreqat yaşayış məntəqəsi yaxınlığında baş verib.

Yerli vaxtla təxminən 18:00-da yük qatarı relsdən çıxaraq stansiyadan çıxan sərnişin qatarı ilə toqquşub./Teleqraf.com/