Torreyra məşhur türk aktrisa ilə dünya evinə girir
    • 22-11-2023, 20:20
    • 220

Torreyra məşhur türk aktrisa ilə dünya evinə girir

“Qalatasaray”lı Lukas Torreyra subaylığın daşını atmağa hazırlaşır.

News24.az Apasport.az-a istinadla xəbər verir ki, 27 yaşlı uruqvaylı futbolçu Türkiyənin məşhur aktrisalarından Devrim Özkana aşiq olub.

Milli komandanın da şərəfini qoruyan müdafiəyəmeyilli yarımmüdafiəçi sevgilisinə evlilik təklifi edib. Ötən il tanış olan cütlüyün mövsümün sonunda nigah masasına oturacağı iddia olunur. Hətta İstanbul və Uruqvayda olmaq üzrə iki toyun olacağı bildirilir. 

Qeyd edək ki, fanatik “Qalatasaray”lı olan 25 yaşlı Devrim Özkan komandanın ev oyunlarını stadiondan canlı olaraq izləyir.