“Qalatasaray” dünya çempionunu transfer etməyə hazırlaşır
    • 20-12-2022, 11:16
    • 265

“Qalatasaray” dünya çempionunu transfer etməyə hazırlaşır

Türkiyənin “Qalatasaray” klubu heyətini gücləndirməyə hazırlaşır.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, “sarı-qırmızılılar”ın bu dəfəki transfer hədəfi "Yuventus” klubunun futbolçusu Anxel Di Mariadır.

Bildirilir ki, “Yuventus”da əsas heyətdə yer ala bilməyən 34 yaşlı dünya çempionunun şərtləri uyğun olarsa, “Qalatasaray” hərəkətə keçəcək.

Qeyd edək ki, argentinalı hücumçu bu mövsüm İtaliya A seriyasında 16 matça çıxıb. O, bu qarşılaşmalarda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Di Marianın hazırkı bazar dəyəri 10 milyon avro olaraq müəyyən edilib.