"Qalatasaray"dan Muslera barədə MÜHÜM QƏRAR
    • 30-10-2023, 19:28
    • 581

"Qalatasaray"dan Muslera barədə MÜHÜM QƏRAR

Türkiyənin "Qalatasaray" klubu üçün daxili transfer üçün düyməni basıb. "Sarı-qırmızılılar" kapitan Fernando Musleranın müqaviləsini uzatmaq üçün addımlar atıb.

News24.az "TRT-Spor"a istinadla bildirir ki, Qalatasaray üçün daxili transfer düyməsi basıldı. Sarı-qırmızılılar kapitan Fernando Musleranın müqaviləsini uzatmaq üçün addımlar atıb.

Uruqvaylı qolkiperin müqaviləsi mövsümün sonunda başa çatır. Sarı-qırmızılar təcrübəli qapıçısı ilə yollarını davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, Fernando Muslera "Qalatasaray"da ildə 2,5 milyon avro qazanır. Rəhbərlik maaşını azaltmaqla 37 yaşlı qolkiperlə razılaşmaq istəyir. Musleranın da məsələyə müsbət yanaşdığı bildirilir.

Xatırladaq ki, Fernando Muslera 2011-2012 mövsümündə İtaliyanın "Latsio" komandasından transfer olunub. "Qalatasaray"ın heyətində 475 matçda forma geyinən uruqvaylı qapıçı 6 ölkə çempionluğu qazanıb.

AYLİN