-
- 22-11-2023, 19:23
- 587
Azərbaycanda ağlasığmaz DƏLƏDUZLUQ - Sosial şəbəkələrdə ölən uşağın fotosu... - FOTO
Azərbaycanda bir neçə ay əvvəl vəfat etmiş azyaşlının fotolarını saytlarda və sosial şəbəkələrdə paylaşmaqla dələduzluq olunur.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu feysbuk hesabında yazıb.
Onun qeyd edib ki, bu dələduzluq feysbukdakı "Lalafo" səhifəsində həyata keçirilib:
"Qohumumun bir neçə ay öncə vəfat edən 13 yaşlı oğlunun şəkli ilə feysbukdakı "Lalafo" səhifəsində yardım üçün pul yığırlar. Bu elana inanmayın, pul göndərməyin. Elanda şəkli qoyulan İmanov Şakir Kənan oğlu bir neçə ay öncə ağır xəstəlikdən vəfat edib. Atası ilə də əlaqə saxladım, fırıldaqçıların əməlindən xəbərdardır, vəfat etmiş övladının adından pul yığılmasına görə çox pis haldadır".