Bakıdakı yanğınla bağlı YENİ XƏBƏR
    • 23-11-2023, 09:49
    • 284

Bakıdakı yanğınla bağlı YENİ XƏBƏR

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən verilən məlumata görə, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.