Mədəniyyət naziri Bakı şəhərində vətəndaşları qəbul edib - FOTO
    • 4-04-2019, 18:09
    • 694

Mədəniyyət naziri Bakı şəhərində vətəndaşları qəbul edib - FOTO

Aprelin 4-də mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul etdi.

Qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətlərinə baxılıb.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, qəbula yazılmış sakinlər tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlər səsləndirilib.

Həmçinin vətəndaşlar fəxri adların verilməsi, təhsil, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini də nazirə çatdırdıblar.

Qəbulda müraciətlərin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.