-
- 26-07-2019, 15:12
- 998
Quba və Qusarda bir neçə tarixi abidə dağılmaq təhlükəsi ilə üzləşib
Mədəniyyət naziri Əbülfəs Qarayev Quba rayon Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.
Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata görə, həmçinin mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz rayonundan, nazir müavini Rafiq Bayramov Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul ediblər.
Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.
Ə.Qarayev Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə təşkil olunmuş əl işləri və xalq sənətkarlıq nümunələrindən ibarət sərgi ilə tanış olduqdan sonra vətəndaşları dinləyib.
Quba və Qusar rayonlarından qəbulda iştirak edən vətəndaşlar tərəfindən Gültəpə kəndində olan Baba Məhəmməd türbəsinin təmir olunması, Qusar Dövlət Ləzgi Dram Teatrının bina şəraitinin yaxşılaşdırılması, I Nügədi məscidinin bərpası, Quba Heydər Əliyev Mərkəzinin nazirliyin balansına verilməsi, Həzrə kəndindəki Şeyx Cüneyd məqbərəsinin bərpası ilə bağlı müraciət ediblər.
Həmçinin Quba rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən dram dərnəyinin Xalq teatrına çevrilməsi və kollektivə milli geyimlərin verilməsi, Qırmızı qəsəbədə dağ yəhudilərinin muzeyi, habelə əməyin qiymətləndirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırıblar.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirdiyi qəbulda vətəndaşlar Xaçmaz Dövlət Rəsm Qalereyasının fondunda olan əsərlərin mübadiləsi, rayon Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiya işinin təşkilinə köməklik göstərilməsi barədə müraciət ediblər.
Qəbulda həmçinin Xaçmaz Xalça Muzeyində “Milli geyim incilərimiz” adlı bölmənin yaradılması, Xalq teatrının maddi-texniki bazasının gücləndirilməsi, “Yallı” folklor kollektivi üçün milli geyimlərin və aksesuarların verilməsi, rayonda “sənətkarlar evi”nin yaradılması, kənd kitabxana filiallarının ali məktəb dərslikləri və uşaq ədəbiyyatları ilə təmin olunması barədə müraciətlər səsləndirilib.
Şabran və Siyəzən sakinləri Şabran tarixi qoruğunda arxeoloji qazıntı işlərinin davam etdirilməsi və qoruq üçün inzibati binanın tikilməsi, Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi, Siyəzən rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Pirəbədil Tarix muzeyinin ekspozisiyasının yenidən qurulması, mərkəzi kitabxanalara yeni kitabların verilməsi, işlə təmin olunma və digər məsələlər barədə mədəniyyət nazirinin müavini Rafiq Bayramova müraciət ediblər.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərə yaxın vətəndaş iştirak edib. /report/