“Seçkidə qalib olacam, yeni müxalifət gətirəcəm” - Paşinyan hədələdi
    • 23-11-2023, 11:36
    • 176

“Seçkidə qalib olacam, yeni müxalifət gətirəcəm” - Paşinyan hədələdi

“Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin son iclaslarının birində növbəti dəfə hədələyib ki, yeni seçkilər keçirmək və yenidən seçilmək, parlamentin hazırkı imicini tamamilə dəyişmək, parlamentdə tamamilə yeni müxalifət formalaşdırmaq üçün lazımi işləri görəcəklər”.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, siyasi dairələr fəal şəkildə gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsindən danışırlar. Mövzunu hökumət gündəmə gətirib.

“Siyasi çevrələrdə Paşinyanın belə bir addım atıb yenidən seçkilərə gedəcəyini, bu dəfə də seçilmək üçün yenidən inzibati resurslardan istifadə edə biləcəyini istisna etmirlər. Bunda məqsəd həm də siyasi meydanı çaşdırmaq və yeni müxalifət qüvvəsinin yetişməsinə mane olmaqdır”, - deyə məlumatda qeyd edilir.

Ayşən