-
- 2-03-2021, 13:43
- 371
“Paşinyan Ermənistanı vətəndaş müharibəsinə aparır" - LAZAREV KLUBU
Qarabağdakı məğlubiyyətdən sonra Ermənistanın üzləşdiyi siyasi böhranı nəinki dəf etmək mümkün olmayıb, əksinə generallar baş nazirə tabe olmaqdan imtina etdikdən sonra vəziyyət daha da mürəkkəbləşib. Dünən axşam İrəvandakı Respublika meydanında mitinq keçirən baş nazir Nikol Paşinyan yenidən müxalifəti, xüsusən də parlamentdə təmsil olunan partiyaları parlamentin buraxılmasına və erkən seçkilərə getməyə razılıq verməyə çağırıb.
News24.az News.am-a istinadən xəbər verir ki, mitinqdə özünün və hökumətin səhvlərinə görə üzr istəyən Paşinyan seçkiyə getməklə həm də xalqın onu bağışlayıb-bağışlamadığını öyrənmək istədiyini bildirib.
Ölkə daxili vəziyyətə toxunan baş nazir "Onlar hakimiyyəti xalqın əlindən almaq istəyirlər. Biz isə bu meydana "buna imkan verməyəcəyik" demək üçün toplaşmışıq", - deyə vurğulayıb.
Paşinyan həmçinin siyasi açıqlamalar verən Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən getməli olduğunu bildirib.
"O bu bəyanatları Serj Sərkisyanın, Respublikaçılar partiyasının istəyi ilə verir. Onlar 2008-ci ildə olduğu kimi, tank tırtılları ilə xalqın iradəsini qərmaq istəyirlər. Belə bir şəxs Baş Qərargah rəisi ola bilməz"- deyə Paşinyan vurğulayıb.
Müxalifət isə Paşinyanın istefasında israrlıdır. Müxalif Vətənin Xilası Naminə hərəkat sabah saat 16.00-da yenidən aksiya keçirəcək. Müxalifət liderləri bu aksiyaları baş nazir Nikol Paşinyan istefa verənədək davam etdirəcəklərini bildiriblər.
"Paşinyan məğlubiyyətinə görə özündən başqa hər kəsi - rusların "İskəndər" raketlərindən tutumuş erməni ordusunda qalan hərbçilərədək hər kəsi günahkar bilir".
Bu fikirlər isə Beynəlxalq Lazarev klubunun Ermənistandakı vəziyyətlə bağlı bəyanatında yer alıb.
Bəyanatda bildirilir ki, Paşinyan hakimiyyətini qorumaq üçün bütün cizgiləri keçib və ölkəni vətəndaş müharibəsinə aparır.