-
- 4-04-2019, 18:23
- 993
Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsi keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2019-cu il “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Daşkənddə silsilə tədbirlərin təşkili nəzərdə tutulub.
Azərbaycan Mədəniyyət Mərkəzindən News24.az-a verilən məlumata görə “Nəsimi ili” ilə əlaqədar Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsinə start verilib.
Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları, habelə Nəsimi dəsti xəttinə, yaradıcılıq yoluna uyğun şeirlər toplanılacaq.
Əsərlər cari ilin 5 aprel tarixindən – 30 iyun tarixinidəkÖzbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin poçtuna elektron formada göndərilməsi xahiş olunur.
Müsabiqəyə təqdim olunan materiallar:
Yekunda Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitəti, ədəbiyyat sahəsində tanınmış “Kitab dünyası” qəzetinin təşkilati dəstəyi ilə Daşkənddə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.

- Şeir və poema.
- Müəllifin pasportunun surəti (elektron formada).
- Müəllif haqqında qısa məlumat.