“Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb
    • 23-03-2019, 13:08
    • 1 034

“Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirdiyi “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinin müddəti mayın 1-dək uzadılıb.
Nazirlikdən News24.az-a verilən məlumata görə, Nəsimi yaradıcılığına həsr olunmuş rəsm əsərlərinin hazırlanması üçün vaxt baxımından daha geniş imkanın yaradılması barədə təkliflər nəzərə alınmaqla müsabiqə müddətinin uzadılması qərara alınıb.

Müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini 19 aprel 2019 tarixədək [email protected] ünvanına göndərə bilərlər. İştirakçıların rəsmləri qəbul olunduqdan sonra nazirliyin (sosial.gov.az) "Instagram" səhifəsində yerləşdiriləcək.
Müsabiqənin şərtinə görə qalibləri instagram istifadəçiləri özləri müəyyən edirlər. İstifadəçilər, ilk növbədə, nazirliyin sosial.gov.az "Instagram" səhifəsini, sonra isə seçdikləri rəsm əsərini bəyənməlidirlər. Ən çox bəyənilən üç rəsmin müəllifi mükafatlandırılacaq.