Oğru iş başında yuxuya getdi
    • 23-11-2023, 16:40
    • 173

Oğru iş başında yuxuya getdi

Çində maraqlı hadisə yaşanıb. Belə ki, evə soyğunçuluq üçün girən şəxs yatıb qalıb.

News24.az xəbər verir ki, bu barədə “Asia One” məlumat yayıb.

Soyğunçu evə girən zaman ev sakinlərinin danışıq səslərini eşidib və qorxub. 

Buna görə də o, qərara gəlib ki, insanlar yatana qədər başqa otaqda gözləsin sonra isə qiymətli əşyaları evdən çıxarsın.

Lakin onun planları alt-üst olub. Ev sakinlərinin yuxuya getməyini gözləyən soyğunçu özü otaqda yatıb qalıb.

Ev sahibi yüksək xorultu səsi eşidib otağa daxil olub.Və  içəridə tanımadığı adamın yatdığını görüb. 

Bundan sonra ev sahibi polisə zəng edib. Cinayətkar həbs edilib.

Sosial şəbəkə istifadəçiləri hadisədən xəbər tutandan sonra həmin şəxsi ələ salıblar.