-
- 23-11-2023, 21:58
- 917
Elməddinlə Aysun arasında QALMAQAL: "Tamam başqa söz çıxardır"
Aktyor Elməddin Cəfərov müğənni Aysun İsmayılova ilə bağlı açıqlamasına aydınlıq gətirib.
News24.az OLAY-a istinadla bildirir ki, sənətçi bu barədə “Xəbər-ətər” verilişində danışıb. Elməddin deyib ki, əslində o, birbaşa Aysunu nəzərdə tutmayıb:
“Aparıcı soruşdu ki, oğluna müğənni xanım alarsan? Dedim, mən istəmirəm, qarışım. İstəyərdim, öz seçimi olsun. Amma evdar xanım olsa, daha yaxşıdır. Aparıcı da qayıtdı ki, Elməddin Rəqsanənin qızını oğluna almaq istəmir. Dondum qaldım ki, axı mən elə söz demədim. Başqa sual verir, mən də fərqli cavab verirəm. Lakin ondan tamam başqa söz çıxardır. Vaxtında Aysungilin ad günlərində mən aparıcı olmuşam. Mən ümumiyyətlə o barədə danışmamışdım”.
Qeyd edək ki, “Rəngarəng səhər “verilişində aparıcı Zaur Nəbioğlunun “Oğlunuzun müğənni qızı ilə evlənməsinə razı olarsınız? Məsələn, oğlunuz gəlib deyir ki, Rəqsanə xanımın qızı Aysunu sevirəm onunla evlənmək istəyirəm. İcazə verərsən?” deyə soruşub. Elməddin isə “Yox” deyə cavab verib.