Gəncədə itkin düşən ana və qızı TAPILDI: Görün polisə nə dedi?
    • 24-11-2023, 10:48
    • 1 119

Gəncədə itkin düşən ana və qızı TAPILDI: Görün polisə nə dedi?

Gəncədə itkin düşən ana və qızı tapılıb.

Daxili İşşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov News24.az-a bildirib ki, şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri Gəncə şəhərində müəyyən edilib.

N. İmanova izahatında yaşadıqları evi özlərinin könüllü tərk etdiklərini və geri dönmək istəmədiklərini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncə şəhər sakini Narıngül İmanova və qızı, 14 yaşlı Günay Həsənovanın itkin düşməsi barədə xəbər vermişdik.