Gəncədə azyaşlını vuran şəxs saxlanıldı
    • 6-02-2023, 10:18
    • 278

Gəncədə azyaşlını vuran şəxs saxlanıldı

Gəncədə azyaşlılara qarşı zor tətbiq edən şəxsin görüntüləri yayılıb.

News24.az xəbər verir ki, görüntülərdə bir kişi azyaşlı uşağı vurur və zor tətbiq edir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, sosial şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb:

"Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri  tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib. E. Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir".