İmaməli Rəhman Bakıda sərgidə - FOTO
    • 24-11-2023, 11:01
    • 158

İmaməli Rəhman Bakıda sərgidə - FOTO

Tacikistan Prezidenti İmaməli Rəhman Azərbaycana işgüzar səfəri çərçivəsində Bakı Ekspo Mərkəzində “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ilə tanış olub.

News24.az Report-a istinadən xəbər verir ki, Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA Həftəsi keçirilir. Proqramın iştirakçı dövlətləri Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır.

Həftə çərçivəsində bu gün BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü öz işinə başlayacaq.

Tədbirdə SPECA ölkələrinin rəhbərləri və digər yüksək səviyyəli rəsmilər iştirak edəcəklər.