Şuşanın bu kəndləri başqa rayona veriləcək - SİYAHI
    • 24-11-2023, 11:20
    • 422

Şuşanın bu kəndləri başqa rayona veriləcək - SİYAHI

"Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

News24.az  Trend-ə istinadən xəbər verir ki, qanun layihəsi noyabrın 27-də Milli Məclisin Regionaıl siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Bununla yanaşı iclasda "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə ediləcək.

Layihəyə əsasən, Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sancalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə veriləcək.

Həmçinin, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi nəzərdə tutulur.