-
- 28-07-2018, 14:25
- 823
2 yaşa qədər yaşadıqlarınmızı xatırlaya bilərikmi? – Mütəxəssis fikri
Çoxları iddia edir ki, anasının bətnində yaşadıqlarını belə xatırlayır. Bunun nə dərəcədə doğru olub-olmadığı məlum deyil.
News24.az bu sahədə aparılan bir-neçə araşdırmanın nəticələrini təqdim edir.
Mütəxəssislərin fikrincə, insanların doğulduğu günü və körpəykən yaşadıqlarını yaddaşda saxlaması absurddur. Onların iddiasına görə, insan yalnız 2 yaşından sonra yaşadıqlarını xatırlaya bilər. İlk yaşananların xatırlanması imkansızdır.
Mütəxəssislər onu da qeyd edir ki, doğuluşunu hafizəsində saxlayan insanların 40 faizi əslində sadəcə həmin anı təsəvvür edərək yadında saxlayır.
İngiltərənin “Bradford” və “Nottingham” Trent universitelərinin alimləri bu mövzuda araşdırma aparıblar. Araşdırmada 6 min 641 iştirakçıdan 38% 2 yaş və ondan öncəsini xatırladığını iddia edirdi. 896 iştirakçı isə, 1 yaş əvvəl olanları yadında saxladığını qeyd edirdi. Nəticədə 2 yaşdan öncəki yaşananları xatırlayanların sadəcə həmin vəziyyəti təsvir etdiyi ortaya çıxıb.
Belə desək, bu daha çox valideynlərin öz övladlarının körpəlik çağlarından danışması, çəkilən körpəlik şəkillərinin həmin insanda yaratdığı təsəvvürlərin nəticəsidir.
Elvin Nüsrətoğlu