“Niyə də, niyə belə olmalıdır axı?” - Meyxanaçı DANIŞDI
    • 24-11-2023, 14:01
    • 400

“Niyə də, niyə belə olmalıdır axı?” - Meyxanaçı DANIŞDI

Tanınmış meyxanaçı Mehman Əhmədlinin “Space” TV-nin efirində yayımlanan “Meyxəbər” verilişindən ayrıldığı iddia edilir.

Bildirilir ki, buna səbəb meyxanaçının verilişdə iştirak etməməsi olub.

News24.az xəbər verir ki,  sənətçi Yenicag.az-a açıqlamasında “Meyxəbər”dən getmədiyini deyərək verilişin son buraxılışında görünməməsinin səbəbinə aydınlıq gətirib:

“Bəziləri mənim verilişdən getdiyimi düşünür. Rusiyada idim və buna görə verilişdə iştirak edə bilmədim. Məni başqa bir nəfərlə əvəz etdilər ki, verilişdə boşluq hiss olunmasın.

Niyə gedim ki? Biz 4-5 nəfər birləşib, əl-ələ verib o verilişin zəhmətini çəkdik. Belə veriliş Azərbaycanda bir ilk idi. Əvvəllər bir o qədər səriştəmiz yox idi.

Getdikcə veriliş daha da maraqlı, baməzə olmağa başlayıb. Artıq sponsorlar da cəlb olunub. İnsan işinin bəhrəsini görəndən sonra daha da ürəklə çalışmağa başlayır.

Aylardır bu işi min bir əziyyətlə ərsəyə gətirib bu yerə çıxarmışıq. Veriliş öz axarına düşdüyü bir vaxtda niyə layihədən gedim, niyə?

Bu, zəncirvari bir işdir. Niyə gedib dostlarımı çətin vəziyyətə qoyum? Çalışacağıq, həm özümüzün, həm də meyxananın adına layiq uğurlu bir iş ortaya qoyaq”.