"KTMT Ermənistanın maraqlarına uyğun gəlmir" - PAŞİNYAN
    • 24-11-2023, 18:03
    • 318

"KTMT Ermənistanın maraqlarına uyğun gəlmir" - PAŞİNYAN

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) addımları Ermənistanın maraqlarına uyğun gəlmir.

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşın KTMT-dən çıxmaq ilə bağlı qərar verməməsinin səbəblərinə cavab verərkən deyib. 

Onun sözlərinə görə, Ermənistan ölkəsinin maraqlarına uyğun qərar verəcək:

"Niyə biz KTMT-dən çıxmaq və ya KTMT üzvlüyünə xitam vermək barədə qərar qəbul etmirik? Biz Ermənistanın dövlət maraqlarına əsaslanan qərarlar qəbul edəcəyik. Bizim prioritetimiz Ermənistanın dövlət maraqlarıdır". 

Paşinyan əlavə edib ki, bizim sübutlarımız onu deməyə əsas verir ki, KTMT-nin fəaliyyətsizliyi və ya atdığı addımlar KTMT-nın Ermənistan qarşısında götürdüyü öhdəliklərə, Ermənistanın maraqlarına cavab vermir.

Qumral