-
- 22-05-2023, 14:53
- 363
Ermənistanın KTMT-dən çıxmaq məsələsi gündəmdədir
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi gündəmdən çıxarılmayıb”.
News24.az xəbər veir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Paşinyanın qeyd edib ki, Ermənistan təşkilatın öhdəliklərini yerinə yetirməsi baxımından ölkəni tərk etdiyini başa düşsə, KTMT-dən de-yure çıxacaq. KTMT üzvü statusu digər ölkələrlə təhlükəsizlik məsələlərinin müzakirəsinə mane olarsa, belə bir qərar da verilə bilər.
Onun sözlərinə görə, məhz KTMT-yə üzvlük İrəvana üçüncü ölkələrdən silah əldə etməyi müzakirə etməyə mane olub.
“Bizə dedilər: sən KTMT-nin üzvüsən, səninlə nəyi müzakirə edək?”, - Paşinyan bildirib.
KTMT-dən çıxmaq qərarının Ermənistan-Rusiya münasibətlərinə xələl gətirəcəyi ilə bağlı sualı cavablandıran baş nazir bildirib ki, respublikada son rəy sorğuları ölkədə Rusiyaya etimadın səviyyəsinin azaldığını göstərib.
Turan