-
- 24-11-2023, 20:50
- 293
"Üç günlük iş həftəsi mümkün olacaq"
Bill Qeyts süni intellektin inkişafı ilə iş həftəsini üç günlük edə biləcəyini açıqlayıb.
News24.az lent.az-a istinadla xəbər verir ki, məşhur amerikalı sahibkar və xeyriyyəçi Bill Qeyts texnologiyanın, xüsusən də süni intellektin inkişafı gələcəkdə iş günlərini azalda biləcəyini vurğulayıb.
“Əgər nə vaxtsa cəmiyyət sizin həftədə yalnız üç gün işləyə biləcəyiniz səviyyəyə çatarsa, deməli, həqiqətən hər şey yaxşıdır”, - deyə Qeyts bildirib.
Onun fikrincə, texnologiyanın inkişafı insanların kütləvi şəkildə iş yerlərini itirməsinə gətirib çıxarmayacaq. Belə ki, yüz il əvvəl bəşəriyyətin böyük hissəsi kənd təsərrüfatında işləyib. Sonra isə sadəcə olaraq yeni fəaliyyətlərə keçib. Sahibkarın sözlərinə görə, süni intellekt və digər texnologiyalardan istifadənin artması insanlara təhsil, yaşlılara qayğı və s. kimi sahələrdə daha çox işləməyə imkan verəcək.