Bakıya bu tarixdən qış soyuğu gəlir - Havanın temperaturu 12° enəcək
    • 25-11-2023, 23:40
    • 732

Bakıya bu tarixdən qış soyuğu gəlir - Havanın temperaturu 12° enəcək

Noyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.

News24.az  xəbər verir ki, həmin gün yağış yağacaq və havanın temperaturu digər günə nisbətən 12 dərəcə aşağı düşəcək.

Noyabrın 28-də gündüz 10 dərəcə, gecə isə 7 dərəcə isti təşkil edəcək. Gün ərzində yağış yağacaq.

Növbəti günlərdən havanın temperaturu bir qədər dərəcə artsa da ümumilikdə soyuq hava şəraiti bir neçə gün davam edəcək.