Fransa bu türk ölkələrinə öz qırıcılarını TƏKLİF EDİR
    • 26-11-2023, 23:30
    • 285

Fransa bu türk ölkələrinə öz qırıcılarını TƏKLİF EDİR

Fransa Qazaxıstan və Özbəkistana öz "Rafale" qırıcılarını təklif edir.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “La Tribune” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Fransanın “Dassault Aviation” şirkəti bu istiqamətdə bir neçə aydır ki, işləyir. Qazaxıstan və Özbəkistan isə “Rafale” qırıcıları ilə maraqlanır.

“La Tribune” yazır ki, Özbəkistan 24-ə qədər döyüş təyyarəsi ala bilər. Eyni zamanda Daşkənd başqa ölkələrdə istehsal olunan təyyarələrə də baxa bilər.

Qazaxıstan da döyüş təyyarələri parkını yeniləmək niyyətindədir. Nəşr yazır ki, bu ölkəyə "Rafale" qırıcılarının tədarükü perspektivləri daha uzaq görünür.