Məşhur bloger cərimələndi - 50 min...
    • 27-11-2023, 12:33
    • 232

Məşhur bloger cərimələndi - 50 min...

Moskva rayon məhkəməsi bloger Maksim Katzı 50 min rubl cərimələyib. 

News24.az xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalında məlumat verilib .

Katz inzibati xəta törətməkdə təqsirli bilinib. 

Qeyd edək ki, bu ilin avqustunda paytaxtın Basmannı məhkəməsi blogeri Rusiya Silahlı Qüvvələri ilə bağlı saxta xəbərlərə görə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib. Həmçinin, Katz dörd il ərzində vebsaytın idarə edilməsi ilə bağlı fəaliyyətlərlə məşğul ola bilməyəcək.

Nəzrin