Putindən mühüm AÇIQLAMA: - "Yeni sistem yaranır"
Dünya
“Dünyaya hökm etməyə vərdiş etmiş müəyyən bir qrup ölkə öz zəifləyən təsirlərini saxlamaq üçün açıq-aşkar şantaj və zorakılıq tətbiq etməkdən əl çəkmir, beynəlxalq hüquq sistemini bir növ “qaydalara əsaslanan nizam”la əvəzləməyə çalışır”.
News24.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putin qeyd edib ki, sabitliyi pozan bu xətt həm Ukrayna ətrafında böhranlı vəziyyətə, həm də Fələstin-İsrail münaqişəsinin faciəvi şəkildə genişlənməsinə səbəb olub.
Ölkə başçısının sözlərinə görə, dünyada yeni beynəlxalq münasibətlər sistemi formalaşır:“Bəllidir ki, Qərb dövlətlərinin öz maraqlarına uyğun formalaşdırdıqları qloballaşma modeli dərin böhran içindədir. Dünyanın əksəriyyətinin ehtiyaclarını ödəyən yeni, daha ədalətli və daha demokratik beynəlxalq münasibətlər sistemi yaranır”.
Ayşən