"Həyasızlıqdır" - Lavrov sərt tənqid etdi
Dünya
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Aİ nümayəndələrinin Rusiyaya qarşı sanksiyalara əməl olunmasını tələb edən Mərkəzi Asiyaya səfərlərini həyasızlıq adlandırıb.
News24.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Amerika, Avropa İttifaqı və İngiltərədən rəsmi olaraq təyin olunmuş sanksiyalar üzrə elçilər indi Mərkəzi Asiyanı gəzirlər. Onlar gedib camaat qarşısında deyirlər: “Siz KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında), Aİİ-də [Avrasiya İqtisadi İttifaqında], MDB-də, ŞƏT-də (Şanxay Əməkdaşlıq Təşkilatında) varsınız, amma bizim Rusiyanın əleyhinə olan sanksiyalara əməl etməlisiniz. Bu, mənim fikrimcə, sadəcə həyasızlıqdır", - nazir Primakov oxunuşları forumunda çıxış edərkən deyib.
Ayşən