-
- 27-11-2023, 22:35
- 694
Toyda qan töküldü: Bəy gəlini və ailəsini...
Taylandda toy faciə ilə başa çatıb.
News24.az bildirir ki, sərxoş olduğu iddia edilən bəy gəlini və ailə üzvlərini güllələyib, daha sonra isə özünü öldürməyə cəhd göstərib.
Hadisə Van Nam Xeo rayonunda baş verib. Toya gələn qonaqlar bəy 29 yaşlı Çaturonq Suksuk və 44 yaşlı gəlin Kançana Paçuntuek arasında mübahisəyə şahid olublar.
29 yaşlı bəy binadan çıxaraq, maşınına tərəf qaçıb. O, tapança ilə geri qayıdaraq atəş açıb. Gəlin, 62 yaşlı anası və 38 yaşlı bacısı güllələnib. Daha bir qonaq təsadüfi gələn güllə qurbanı olub, bir nəfər isə ağır yaralanıb. Bəy özünü də güllələyib.