-
- 5-04-2019, 15:55
- 1 039
Azərbaycanda AİLƏ DRAMI - Sərxoş halda qayınanasının evinə gəldi və...
Abşeron rayonu Qobu qəsəbəsində özünü yandıraraq intihar edən kişinin içki aludəçisi olduğu müəyyənləşib. news24.az-ın məlumatına görə, 1980-ci il təvəllüdlü Məmmədov Musa Tofiq oğlu qayınanasının evində özünü yandırıb. Bir neçə gün əvvəl içkili olduğu üçün həyat yoldaşı 27 yaşlı P.Məmmədova Musa ilə dalaşıb. O, anasının evinə qayıdıb. İçki aludəçisi olan ərinin vərdişini atmayınca onun evinə qayıtmayacağını deyib. Daha sonra Musa Məmmədov içkili vəziyyətdə Qobuya qayınanasının evinə gedərək arvadı ilə söhbət etmək istəyib və növbəti dəfə məişət zəminində dava-dalaş yaşanıb. Həyətə çıxan Musa üstünə benzin tökərək özünü yandırıb. Onun bədəninin 70 faizi yanıb və ölüb. Özünü günahkar bilən qadın sonra çoxlu dərman həbləri qəbul edərək öz həyatına da son qoymağa çalışıb. O xəstəxanaya aparılıb.
Taleh BAĞIROV
Taleh BAĞIROV