Sosial sığorta ödəməyən sahibkarları gözləyən CƏZA - RƏSMİ
    • 5-04-2019, 16:12
    • 1 130

Sosial sığorta ödəməyən sahibkarları gözləyən CƏZA - RƏSMİ

“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatı vaxtında təqdim etməyən sahibkarlara vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

News24.az xəbər verir ki, bunu açıqlamasında Vergilər Nazirliyinin İqtisadi təhlil Departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadə deyib. 

Nigar Vahabzadə qeyd edib ki, 2019-cu ilədək sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatı vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunurdu: “Bu halda qanunda heç bir istisnaların nəzərdə tutulmadığı üçün hər hansı texniki və ya digər səbəbdən vaxtında hesabat verməyən sığortaedənə də böyük cərimələr tətbiq olunurdu. Bunun nəticəsində də sahibkara zərər dəyirdi. Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Hazırda qanunvericiliyin bu tələbinə əsasən sosial sığorta hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.