Milad orucu nə vaxtdan başlayır?
    • 28-11-2023, 14:30
    • 204

Milad orucu nə vaxtdan başlayır?

Bu gündən, noyabrın 28-dən Milad orucu başlayır. Oruc 40 gün davam edir.

News24.az xəbər verir ki, orucluğun sonuncu günü, yanvarın 6-dan 7-nə keçən gün Milad gecəsi qeyd olunur.

Həmin gecə provaslav xritianlar kilsəyə gedərək İsa Məsihə, Məryəm Anaya və digər müqəddəslərə dualar edir, şam yandırırlar. Dini ayinlərin icrasından sonra bayram şirniyyatları paylanılır.

Pravoslavlar üçün Milad ən müqəddəs bayramlardandır. Bayramdan əvvəl tutulan 40 günlük oruc cismin və ruhun təmizlənməsi məqsədi daşıyır. Pravoslav Milad bayramı yanvarın 6-da ilk ulduzun görünməsi ilə qeyd olunmağa başlayır. Bu, İsa peyğəmbər doğularkən görünən Beytləhm ulduzunu yad etmək üçündür.

Nəzrin