Avropa İttifaqı Rusiyanın atəşkəs qərarını “İKİÜZLÜLÜK” adlandırıb
    • 6-01-2023, 10:50
    • 162

Avropa İttifaqı Rusiyanın atəşkəs qərarını “İKİÜZLÜLÜK” adlandırıb

Avrupa İttifaqı (Aİ) Rusiyanın Milad bayramı münasibətilə Ukraynadakı müharibədə müvəqqəti atəşkəs elan etməsini “yalan və ikiüzlülük” hesab edib.

News24.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviter hesabında yazıb.

O, Kremli təcavüzkar, Ukrayna xalqını isə qurban kimi xarakterizə edib. 

Mişel sülh və təhlükəsizliyin bərpası üçün yeganə etibarlı variantın Rusiya qoşunlarının Ukraynadan çıxarılması olduğunu bildirib.

Xatırladaq ki, Putin Rusiya Müdafiə Nazirliyinə pravoslav Milad bayramı münasibətilə Ukraynada yanvarın 6-da saat 12:00-dan etibarən 36 saatlıq atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.